Dr. Rövşən Tağıyev 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə Türk Özəl Liseyində almış, 2008–2014-cü illərdə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsində təhsil almışdır.
Təhsilini başa vurduqdan sonra müxtəlif xəstəxanalarda uroloji sahədə rezidentura keçmiş və 2025-ci ildə Bakıda yerləşən Cavadzadə Klinikası Urologiya şöbəsində ixtisaslaşmasını tamamlamışdır.
Uroloji sahədə beynəlxalq klinik protokollara əsaslanan, müasir cihazlarla dəqiq diaqnostika və minimal invaziv cərrahiyyə üzrə geniş təcrübəyə malikdir.